08:26 Bazar Günü, 25 Avqust 2019
SOSİAL

Bakıda gənc qız burun əməliyyatından sonra öldü - FOTO

12:18, 22.04.20195655
Bakıda gənc qız burun əməliyyatından sonra öldü - FOTO
Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.
 

 


XƏBƏR LENTİ