05:14 çərşənbə Axşamı, 19 Iyun 2018
TOP4

İki böyük şirkət sementi bahalaşdırdı - Tikinti bazarında xaos yarana bilər

14:16, 08.01.20182261
İki böyük şirkət sementi bahalaşdırdı - Tikinti bazarında xaos yarana bilər

Norm və Holcim qiymətləri qaldırdı.

 

Bu barədə AF Euro Home tikitinti materialları bazarından bildirilib. Məlumata görə, dekabr ayının 25-dən etibarən Norm və Holcim markalarına aid sementlərin qiyməti 5-6% artıb. Belə ki, 300 marka Norm və Holcim sementləri 5 manatdan 5.3 manata, 400 marka sementlərin qiyməti isə 6 manatdan 6.30 manata qədər bahalaşıb. Bununla belə, zavod qiymət artımının səbəbini açıqlamayıb. Bazardan bildirilib ki, sementin qiyməti artsa da digər tikinti materiallarının qiymətində artım müşahidə edilmir. Hətta bəzi tikinti materialları nisbətən ucuzlaşıb.


Fins.az

XƏBƏR LENTİ