04:26 çərşənbə Axşamı, 10 Dekabr 2019
SOSİAL

Bakıda iki övlad atası saxladığı qadını və atasını öldürdü - Ömürlük həbs edildi

12:00, 24.01.20181548
Bakıda iki övlad atası saxladığı qadını və atasını öldürdü - Ömürlük həbs edildi

Bakıda ata və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam edib. O, öldürdüyü qadınla sevgili olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndidilən 1967-ci il təvəllüdlü Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edib.

Məhkəmədə iş üzrə dindirilməyən şahidlər məhkəməyə teleqram vuraraq səhhətləri ilə bağlı məhkəməyə gələ bilmirlər. Onlar istintaqa ifadələrini təsdiq etdiklərini bildiriblər.

Məhkəmədə iştirak edən zərərçəkmiş tərəf, mərhum Allahverdi Əsədovun oğlu dövlət ittihamçısının çıxışı ilə razı olduğunu bildirib.

Sahib Hacıyevin vəkili müdafiə çıxışında bildirib ki, təqsirləndirilən şəxsin psixi problemləri olub.

Vəkil qeyd edib ki, müdafiəçisi olduğu S.Hacıyev məehum Samirə Əsədovanı qətlə yetirsə də onun atasını öldürmək niyyəti olmayıb. Müdafiəçi söyləyib ki, mərhum Allahverdi Əsədov ani vəziyyətdə Sahib Hacıyevin idarə etdiyi maşının altında qalaraq dünyasını dəyişib.

Müdafiəçi S.Hacıyevin ilk dəfə məhkumluq həyatı yaşamasını, psixi problemlərinin olmasının nəzərə alınmasını və yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə Sahib Hacıyevə son söz versə də o, danışmayıb. Müşavirəyə yollanan məhkəmə hökmü elan edib.

Hökmə əsasən S.Hacıyev ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Hacıyev ailəli olub, iki övladı var imiş.

musavat.com

XƏBƏR LENTİ