xari

Bakıda iki yük maşını toqquşdu: Ölən var

SOSİAL
11:18 01.12.2020
663

Bakı şəhərinin Qaradağ rayonunda "İsuzu” və "KamAZ” markalı iki yük avtomobili toqquşub. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "İsuzu” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü Qədirov Əhməd Səməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR