02:43 çərşənbə, 20 Noyabr 2019
KRİMİNAL

Bakıda keçmiş məhkumlar arasındakı dava qanla bitdi

15:53, 23.09.20194246
Bakıda keçmiş məhkumlar arasındakı dava qanla bitdi
Bakıda bıçaqlanma hadisəsi baş verib. Nəticədə, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü paytaxt sakini Rövşən Lətifov ağır xəsarət alıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 1993-cü il təvəllüdlü Ayaz Fətullayev sentyabrın 22-nə keçən gecə Qoradil massivində yerləşən bağ evində R.Lətifova çoxsaylı bıçaq zərbələri vurub.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən zərərçəkmişə daxilə nüfuz edən zərbə sinə və qarın nahiyəsinə, ikisi isə qol nahiyəsinə dəyib. Hadisədən dərhal sonra A. Fətullayev yoxa çıxıb.

Hazırda Binəqədi rayonu 43-cü Polis Bölməsinin əməkdaşları A.Fətullayevin axtarışını aparır. Məlumata görə, o, bundan əvvəl də oğurluğa görə cinayət məsuliyyətinə cəlb olunub.
 
///Oxu.Az
XƏBƏR LENTİ