06:27 Cümə Axşamı, 17 Oktyabr 2019
HADİSƏ

Bakıda kriminal avtoriteti öldürənlər belə tutuldu: Polisdən əməliyyat

22:57, 07.06.201936654
Bakıda kriminal avtoriteti öldürənlər belə tutuldu: Polisdən əməliyyat
Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı "BMW X5” markalı avtomobil Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

AZXEBER.COM Apa-ya istinadən xəbər verir ki, müfəttişlər Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər.

Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa "Mercedes" markalı avtomobildə bir nəfər sərnişin də olub. Ancaq o, hadisədən sonra düşərək qaçıb.

Hazırda fakt üzrə rayon Prokurorluğunda araşdırma aparılır.

  

 

 

 


XƏBƏR LENTİ