19:02 şənbə, 21 Sentyabr 2019
SOSİAL

Bakıda lift qəzası ilə əlaqədar cinayət işi açıldı

17:15, 14.07.20186362
Bakıda lift qəzası ilə əlaqədar cinayət işi açıldı

yulun 13-də paytaxtın Xətai rayonu, X.Məmmədov küçəsi, 18 saylı ünvanda 16 mərtəbəli binanın liftinin 1-ci mərtəbəyə düşməsi nəticəsində sərnişinlərin xəsarət alması faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, cinayət işi üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub və şahidlər dindirilib.

 

İlkin araşdırmalarla müəyyən edilb ki, binanın 3-cü girişində quraşdırılmış sərnişin lifti aşağı istiqamətdə hərəkətdə olarkən 5-ci mərtəbədən başlayaraq surətlə 1-ci mərtəbəyə düşüb.

Hadisə nəticəsində ölüm və ciddi xəsarət alma halları baş verməyib.

Hazırda iş üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ