08:17 Cümə Axşamı, 16 Avqust 2018
SOSİAL

Bakıda məktəbli yoldaşı ilə cinsi əlaqədə olan 11-ci sinif şagirdi həbs edildi — TƏFƏRRÜAT

13:10, 10.02.201835423
Bakıda məktəbli yoldaşı ilə cinsi əlaqədə olan 11-ci sinif şagirdi həbs edildi — TƏFƏRRÜAT
Bakı şəhəri, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində zorlama faktı qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, "Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olmuş və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Baş vermis hadisə ilə bağlı aidiyyatlı orqanlara şikayət daxil olmuş və Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə müzakirə edilən məsələ cəmiyyətin qəzəbinə səbəb olub. Etika xatirinə video çarxı yayımlamırıq.
XƏBƏR LENTİ