23:46 Cümə, 23 Avqust 2019
SOSİAL

Bakıda mənzildən ər-arvadın meyiti tapıldı

16:51, 19.07.20193801
Bakıda mənzildən ər-arvadın meyiti tapıldı
Bakıda mənzildən iki nəfərin meyiti tapılıb. 

AZXEBER.COM xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira Tələt qızının və 1955-ci il təvəllüdlü Məmmədov Aydın Nizami oğlunun meyitlərini aidiyyəti üzrə təhvil veriblər.
XƏBƏR LENTİ