10:11 çərşənbə Axşamı, 17 Iyul 2018
SOSİAL

Bakıda məşhur kinoteatrda biabırçı görüntü - Bunu kim edib? (FOTO)

14:59, 17.04.20185631
Bakıda məşhur kinoteatrda biabırçı görüntü - Bunu kim edib? (FOTO)
Sosial şəbəkələrdə Bakıda məşhur kino mərkəzində çəkilən görüntü yayımlanıb. 
 
AZXEBER.COM-un məlumatına görə, fotonu tanınmış marketoloq Müşfiq İskəndərov paylaşıb. Fotoda kino mərkəzində olan izləyicilərin salonu zibilliyə çevirmələri öz əksini tapıb. 
 
Mövzuyla bağlı portalımıza danışan M.İskəndərov bu halla ilk dəfə qarşılaşmadığını və mövcud vəziyyətin Azərbaycanın bütün kinoteatrlarda baş verdiyini qeyd edib:
 
Müşfiq İskəndərov
 
"Xidmət sektorunda xidmət göstərənlə yanaşı xidmətdən istifadə edən vətəndaşların da öz davranışları olmalıdır. Müştəri bir markanın formalaşmasında ən əsas aparıcı rola malikdir. Bu paylaşımı etməkdə ən əsas məqsədim məhz bu gün Azərbaycan cəmiyyətində formalaşan "müştəriyəmsə, haqlıyam" prisipinin bəzi məqamlarda kökündən yalnış olduğunu göstərməkdir. Daha çox bu görüntüdən sonra, bunu edənlərin ərəb kökənli olması ilə bağlı fikirlər formalaşır. Ancaq ötən gün gedib izlədiyim bir filmdə bir ailənin salonu bu hala saldığının şahidi oldum". 
 
Tanınmış marketoloqun sözlərinə görə, bu cür halları ictimailəşdirməklə istehlakçı mədəniyyətinin formalaşmasına nail olmaq mümkündür. 
 
Qeyd edək ki, M.İskəndərovun lentə aldığı sözügedən görüntü sosial şəbəkələrdə ciddi etiraza səbəb olub. 
 



XƏBƏR LENTİ