09:14 Bazar Günü, 15 Dekabr 2019
KRİMİNAL

Bakıda naməlum qadın meyiti tapıldı - FOTO

17:02, 31.07.201311367
Bakıda naməlum qadın meyiti tapıldı - FOTO

Bakıda naməlum qadın meyiti tapılıb.

Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 30-da Bakı şəhərinin Şüvəlan qəsəbəsi ərazisində təxminən 25-30 yaşlı naməlum qadın meyitinin aşkar edilməsi barədə polisə məlumat daxil olub. 

Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır. Keçirilən əməliyyat-axtarış tədbirlərinə baxmayaraq həmin meyitin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb. 

Polisdən həmçinin meyitin fotosunu da təqdim ediblər. Meyiti tapılan şəxsin boyu 158 sm, saçları qara, gözləri qəhvəyi rənglidir. Üst çənə nahiyəsində 2 qızıl dişi var, əynində göy rəngli jilet, üzərində müxtəlif yazıları olan qara mayka, göy rəngli cins yubka olub.

Meyitin kimliyi barədə məlumatı olanlardan DİN-in "102" Xidmətinə və (012) 433-38-02, 433-38-17 nömrəli şəhər telefonları ilə Su Nəqliyyatında Polis İdarəsinə zəng etmələri xahiş olunur.

XƏBƏR LENTİ