20:00 Cümə Axşamı, 21 Fevral 2019
SOSİAL

Bakıda narkotik ticarətçilərinə qarşı geniş əməliyyat - Dəstə tutuldu

15:21, 19.01.20198699
Bakıda narkotik ticarətçilərinə qarşı geniş əməliyyat - Dəstə tutuldu
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil şəbəkənin üzvləri ifşa edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Ruslan Məlikov narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün saxlanılıb.

Onun üzərinə baxış zamanı 1,027 qram heroin aşkar edilib. R.Məlikov ifadəsində narkotik vasitəni Nurlan adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Qaradağ rayon sakini Nurlan Məmmədyarov da polislər tərəfindən saxlanılıb. Həmin şəxsin yaşadığı evdən və yardımçı təsərrüfata baxış zamanı 1 kiloqram 279 qram heroin, 5,026 qram tiryək, 2 kiloqram 109 qram marixuana. həmçinin 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri Elman və Nəzrin adlı şəxslərdən aldığını qeyd edəndən sonra, onların da axtarışlarına başlanılıb.

Həyata keçirilən əməliyyat zamanı adları qeyd edilənlər - paytaxt sakinləri Nəzrin Fərzullazadə və Elman Əlverdiyev saxlanılıblar. N.Fəzrullazadənin Lökbatan qəsəbəsində yaşadığı evdən 1 kiloqram 627 qram heroin və 465 qram tiryək, E.Əlverdiyevin Xırdalan şəhərində yaşadığı evdən isə 230 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onlar narkotik vasitələri tanımadıqları İran vətəndaşından Sumqayıt şəhərində yaşayan Vüsal adlı şəxsin vasitəsi ilə aldıqlarını bildiriblər.

İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Vüsal Əzizov da saxlanılaraq istintaq təqdim edilib.V.Əzizov narkotik vasitələri bir müddət əvvəl tanış olduğu İran vətəndaşının köməkliyi ilə satmaq məqsədi ilə ölkəərazisinə gətirdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ