11:13 Bazar Ertəsi, 18 Noyabr 2019
SOSİAL

Bakıda plazadan iri şüşə parçası yerə töküldü - xəsarət alanlar var

10:09, 12.09.20194196
Bakıda plazadan iri şüşə parçası yerə töküldü - xəsarət alanlar var
Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb.
 
AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, "Globus Plaza"ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub. Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, plazadan APA-ya faktı təsdiqləyiblər.

Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.
XƏBƏR LENTİ