03:10 çərşənbə, 20 Noyabr 2019
KRİMİNAL

Bakıda pulla dolu seyf oğurlandı

21:58, 25.09.20196762
Bakıda pulla dolu seyf oğurlandı
Bakı şəhəri, Səbail rayon sakininin mənzilindən içində pul olan seyf oğurlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Oğurluğun Aydın Məmmədov küçəsində yaşayan 1975-ci il təvəllüdlü Fuad Musayevin mənzilindən edildiyi məlum olub. Zərərçəkmiş bu barədə 8-ci Polis Bölməsinə məlumat verib və oğurluğun sentyabrın 23-ü saat 18:45 radələrində baş verdiyini bildirib.

Cinayətkar naməlum şəkildə içində 1800 ABŞ dolları (təxminən 3000 manat) olan 40X20  ölçüsündə seyfi oğurlayıb.

Hazırda 8-ci Polis Bölməsinin əməkdaşları oğurluq faktı üzərində araşdırma aparır.
XƏBƏR LENTİ