17:02 şənbə, 16 Dekabr 2017
SOSİAL

Bakıda pulsuz “Wi-Fi” olan ərazilər genişləndi — TAM SİYAHI

21:01, 26.09.2017299
Bakıda pulsuz “Wi-Fi” olan ərazilər genişləndi — TAM SİYAHI
"Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi” xidmətinin əhatə dairəsini "Port Baku Residence” və Port Baku Mall”a qədər genişləndirib.

AZXEBER.COM xəbərinə görə, bu barədə Trend-ə şirkətdən məlumat verilib.
 
Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin əhatə dairəsinin "Dədə Qorqud” və "Nərimanov” parklarınadək genişləndirilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından "İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır.
 
Hazırda bu şəbəkəyə "İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı”, "Zabitlər” parkı, "Sahil”, "Axundov”, "Sabir”, "Xaqani”, "Hüseyn Cavid”, "Səməd Vurğun” və "Muğan” bağları daxildir.
 
Xidmət işə salındıqdan etibarən şəbəkəyə 1 milyona yaxın qoşulma qeydə alınıb.
0
XƏBƏR LENTİ