01:11 Bazar Günü, 08 Dekabr 2019
KRİMİNAL

Bakıda qadın özünü 5-ci mərtəbədən atdı

10:30, 02.08.20133083
Bakıda qadın özünü 5-ci mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib.

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün səhər saat 08.00 radələrində, Babək prospekti ev 95, mənzil 99 ünvanında qeydə alınıb.

Doqquzmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan, 1964-cü il təvəllüdlü Kifayət Tofiq qızı Rəhimova yaşadığı evin eyvanından özünü atıb. O, aldığı xəsarətdən yerindəcə keçinib. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir. //apa

XƏBƏR LENTİ