19:28 Cümə Axşamı, 21 Fevral 2019
KRİMİNAL

Bakıda qadının bank hesabından pul oğurlandı

13:33, 14.01.20192441
Bakıda qadının bank hesabından pul oğurlandı
Polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, əməliyyat Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Əməliyyat müraciət edən Bakı şəhər sakini olan qadın tərəfindən baş tutub.

Qadın polisə müraciət edərək yanvarın 3-də bank hesabından 5405 manatının çıxarılaraq oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Ramil Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ