05:08 Cümə Axşamı, 22 Fevral 2018
SOSİAL

Bakıda qız kürəyindən bıçaqlandı

10:25, 20.10.20171562
Bakıda qız kürəyindən bıçaqlandı

Bakıda gənc qız kürəyindən bıçaqlanıb.

Hadisə Xəzər rayonunda baş verib.

Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Tibbi əməliyyatdan sonra yaralı yıxılaraq xəsarət aldığını bildirib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları F.İbrahimovadan ilkin izahatı alarkən məlum olub ki, o, oğlan dostu ilə mübahisə zamanı bıçaqlanıb.

Fakt araşdırılır.

//Report
0
XƏBƏR LENTİ