20:25 Cümə Axşamı, 21 Iyun 2018
SOSİAL

Bakıda qızıgilə gedən qadın yolda döyüldü

10:14, 19.08.2017676
Bakıda qızıgilə gedən qadın yolda döyüldü

Bakıda döyülmə hadisəsi baş verib.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, qızının yaşadığı ünvana gedən Samitə Sadıqova naməlum şəxslərlə qarşılaşıb və onlar tərəfindən döyülüb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb.

 

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib. Faktı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi araşdırır.

///Report
XƏBƏR LENTİ