18:39 çərşənbə Axşamı, 19 Mart 2019
KRİMİNAL

Bakıda quldurluq - Qadının başından vurub sənədlərlə dolu çantasını aldılar

15:52, 13.12.20183925
Bakıda quldurluq - Qadının başından vurub sənədlərlə dolu çantasını aldılar
Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini E.Hüseynova tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.

DİN Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Məcid İsmayılov saxlanılıb.

Araşdırma aparılır.
XƏBƏR LENTİ