10:30 Cümə, 21 Sentyabr 2018
SOSİAL

Bakıda restoranda faciə: kişini tüstü bacasına atdılar - VİDEO

10:34, 23.02.20189873
Bakıda restoranda faciə: kişini tüstü bacasına atdılar - VİDEO
"Koroğlu" metrosunun çıxışındakı "Alov" restoranında faciə baş verib.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, naməlum şəxs restoranın tüstü bacasına girib. Onun buraya necə girməsi və ya düşməsi barədə heç bir məlumat yoxdur.

Hadisə yerinə dərhal FHN və polis əməkdaşları cəlb edilib. Tüstü bacasına düşən şəxs çıxarılıb və əraziyə gələn təcili tibbi yardım briqadası tərəfindən ona ilkin yardım göstərilib. Sonra isə təcili yardım maşını ilə ərazidən uzaqlaşdırılıb. O, adının Asif olduğunu bildirsə də, hadisə yerində olan polislər bu məlumatı təkzib ediblər.

Adının Asif olduğunu deyən şəxs gecə 02:00 radələrində onun başqa şəxslər tərəfindən tüstü bacasına atıldığını bildirib.
 

XƏBƏR LENTİ