19:24 çərşənbə Axşamı, 11 Dekabr 2018
KRİMİNAL

Bakıda saxlanılan türkiyəli seks-manyak öldü

13:10, 19.02.20181916
Bakıda saxlanılan türkiyəli seks-manyak öldü
Bakıda istintaq təcridxanasında saxlanılan xarici vətəndaş ölüb.
 
AZXEBER.COM-un Report-a istinadən məlumatına görə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Ertekin İsmayıl Sönmez ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Sönmez Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etdiyinə görə həmin dövlətin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışa verilib. 

O, 10 gün əvvəl Heydər Əliyev adına Hava Limanında Bakı-Tbilisi reysi ilə Gürcüstana qaçmaq istəyən zaman tutulub.
XƏBƏR LENTİ