01:37 Cümə, 19 Yanvar 2018
SOSİAL

Bakıda səhər saatlarında 3 nəfərin yanaraq öldüyü qəzadan - VİDEO

11:02, 14.04.201713531
Bakıda səhər saatlarında 3 nəfərin yanaraq öldüyü qəzadan - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və "KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. 

Yanğın nəticəsində "VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmış və avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. 

Əməliyyat saat 09:02-də başa çatıb.
 
Yanğın zamanı hadisə şahidlərinin çəkdiyi görüntülər ortaya çıxıb. Görüntülərdə xilasetmə qruplarının artıq yanğını söndürdükləri və ölən adamların cəsədlərinin avtomobillərin içərisində olduğu görünür. 

0
XƏBƏR LENTİ