19:09 Bazar Günü, 24 Mart 2019
SOSİAL

Bakıda sərnişin avtobusu yandı - FOTO

20:19, 22.02.20193816
Bakıda sərnişin avtobusu yandı - FOTO
Bakıda marşrut avtobusu yanıb.

AZXEBER.COM-un verdiyi xəbərə görə, Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində 49 nömrəli müntəzəm marşrut xətti üzrə (Bakıxanov-28 May m-su) hərəkət edən avtobusda yanğın hadisəsi olub. 

Məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırma aparılıb. Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan avtobusda baş verib. Mühərrik hissəsində qısaqapanma olub.
 
Avtobusda sərnişin olmayıb.
 

 


XƏBƏR LENTİ