20:22 Bazar Ertəsi, 20 May 2019
KRİMİNAL

Bakıda silahlı şəxs saxlanıldı – FOTO

12:57, 13.03.20192869
Bakıda silahlı şəxs saxlanıldı – FOTO
Bakının Pirallahı qəsəbəsində silahlı şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Pirallahı rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.

Belə ki, Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Lənkəran rayon sakini Xəyal Xəlilov Dübəndi bağlar massivində dəniz kənarında polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Makarov” markalı tapança, sandıqça və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs silah-sursatı bir müddət əvvəl yaşadığı Dübəndi bağlar massivində tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib.

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla),

partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
 

 

 

 

 

 


XƏBƏR LENTİ