08:59 çərşənbə Axşamı, 19 Iyun 2018
GƏNCLİK

Bakıda SİTEM akademiyası açılacaq

12:53, 07.04.2017550
Bakıda SİTEM akademiyası açılacaq
Bakıda SİTEM akademiyası açılacaq.
 
Bu barədə AZXEBER.COM-a Global Kariyera İnstitunun Direktoru Orxan Həsənoğlu məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə San Dieqo Universitetinin Prezidenti, dekanları və professor-müəllim heyəti Bakıya gəlir. O.Həsənoğlu bildirib ki, uzun illər rəhbəri olduğu Global Kariyera İnstitunu San Dieqo Universiteti ilə əməkdaşlıq edir və bu əməkdaşlıq gələcəkdə təhsil sahəsində böyük layihələrin həyata keçirilməsinə hesablanıb. "İlk olaraq Global Kariyera İnstitunun və və San Diego Dövlət Universitetinin birgə təşkilatçılığı Bakıda, Azərbaycan Dillər Universitetində SİTEM Akademiyasının açılışını edəcəklər. Tədbirə San Diego Dövlət Universitetinin Prezidenti, dekanları və professor-müəllim heyəti də qatılacaq. Eyni zamanda biz bu tədbirə bütün KİV nümayəndələrini dəvət edirik”.
XƏBƏR LENTİ