00:55 Cümə, 15 Dekabr 2017
SOSİAL

Bakıda şok görüntülər: it körpə uşağı parçaladı +18 — VİDEO

22:21, 06.12.20175490
Bakıda şok görüntülər: it körpə uşağı parçaladı +18 — VİDEO
Bakının mərkəzində it, sahibinin əlindən çıxaraq təxminən 6-7 yaşında olan uşağa hücum edir. Ətrafda olanlar isə uşağı çətinliklə itin ağzından xilas edə bilirlər.
 
AZXEBER.COM bildirir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Nizami küçəsində baş verib. İt, sahibinin yanında olsa da, qəfil uşağa hücum edərək ona xəsarət yetirir. Yaxınlıqda olan insanların köməkliyi ilə uşağı itin ağzından zorla qurtarmaq mümkün olub.
 
Baş verən bu hadisə xüsusilə də insanların sıx olduğu küçə və prospektlərdə, həmçinin parklarda ev heyvanları gəzdirən şəxslərin təhlükəsizlik qaydalarına əməl etmədiyini gündəmə gətirir.
 
Bakı şəhər Baytarlıq İdarəsinin aparıcı həkimi Pərviz Hacıyev deyir ki, istər balaca, istərsə də böyük itləri gəzdirərkən mütləq həmin heyvanlara buruntaq taxmaq lazımdır.
 
Bəs buruntaqsız və ya qadağan olunan yerlərdə iti gəzdiməyə görə sahibini hansı cəza gözləyir? Qurum rəsmisi deyir ki, belə halda əvvəlcə polis həmin şəxsi saxlayaraq protokol yazır. Sonra isə həmin protokol Bakı şəhər Baytarlıq İdarəsinə göndərilir və araşdırma aparılır.
 
Əgər it dişləməsi səbəbindən vətəndaş xəsarət alarsa, o zaman itin sahibi 1000-2000 manat miqdarında cərimələnə, 360 saatdan 480 saata qədər içtimai işlərə, həmçinin 1 ilədək islah işlərinə cəlb edilə və 6 ayadək müddətə azadlıqdan məhrum edilə bilərlər.

 xezerxeber.az
0
XƏBƏR LENTİ