16:02 Cümə Axşamı, 20 Fevral 2020
SOSİAL

Bakıda sürücü sükan arxasında yatdı: Sərnişin dolu mikroavtobusa çırpıldı - ANBAAN VİDEO

14:01, 17.01.20204974
Bakıda sürücü sükan arxasında yatdı: Sərnişin dolu mikroavtobusa çırpıldı - ANBAAN VİDEO

Bakının Qaradağ rayonu ərazisində baş verən dəhşətli qəza hadisəsi kameraya düşüb. 

Yük maşını "Ford Transit” markalı sərnişin mikroavtobusunu arxadan vurub. 

Hadisəyə səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxulaması olub.

Belə ki, "Ford Transit” markalı sərnişin mikroavtobusunun sürücüsü yolun kənarında saxlayaraq sərnişin düşürüb. Bu zaman arxadan sağ zolaqla gələn yük maşını solda yer olsa da gəldiyi sürətlə mikroavtobusu arxadan vurub. Daha sonra isə yol boyu "Ford”u sürüyüb. Bu zaman iri qabaritli digər yük avtomobilinin sürücüsü manevr edərək hadisənin böyüməsinin qarşısını alıb. 

Avtosfer.az

XƏBƏR LENTİ