22:40 Cümə, 17 Avqust 2018
SOSİAL

Bakıda taksi qəza törədib, xəsarət alanlar var

10:00, 11.08.20184220
Bakıda taksi qəza törədib, xəsarət alanlar var
Nəsimi rayonunda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

AZXEBER.COM "Report"a istinadən bildirir ki, hadisə Füzuli küçəsində baş verib.

Belə ki, Büllbül prospekti ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan 90-XL-035 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilinin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman "Mercedes"-in sürücüsü idarəetməni itirərək Füzuli küçəsində işıqforun yaşıl işığından keçən "Vaz 2107"-ə çırpılıb.

"Vaz 2107"in içərisində olan ailənin üç üzvü yüngül bədən xəsarətləri alıb.

Hər üç şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
XƏBƏR LENTİ