Bakıda təcili tibbi yardım xidmətinin işində ciddi nöqsanlar aşkar olunur

18 Avqust 2017, 11:59
AAA
Təcili tibbi yardım maşınları ilə bağlı müxtəlif məzmunlu şikayətlər hər zaman olur.
 
Təcili yardım çağıran Bakı sakinləri gah onların gecikməsindən, gah da xəstəyə keyfiyyətli xidmət göstərməməsindən şikayət edir.

"Report"un redaksiyasına zəng edən paytaxt sakini çağırdığı təcili tibbi yardım maşınının xeyli yubandığını bildirib.

Xəstə yaxınının dediyinə görə, təcili tibbi yardıma ötən gün saat 14:49-da zəng vurulub, lakin uzun müddət çağırışa cavab gəlməyib. 45 dəqiqədən sonra gələn təcili yardım həkimi gecikmələrinin səbəbini belə izah edib: "Komandaya saat 15:13-də cağırış verilib. Xəstə Xətai rayonunda olduğu halda, yardımı Yasamaldan göndəriblər. Nəticədə yardım maşını 15:34-də ünvana çatıb".

Xəstə yaxınlarının dediyinə görə, onlar əvvəllcə Xətaidəki 2 sayli klinikaya gediblər və xəstə üçün təcili tibbi yardım yardim lazım olduğunu deyiblər. Orada isə onlara nə maşın sürcüsünün, nə də həkimin olmadığını bildiriblər. Daha sonra 14:49-da təcili yardıma zəng vurulduqdan bir müddət sonra Yasamaldan komanda tapıb göndəriblər.

Nəticədə xəstəyə ilkin tibbi yardımı xəstə yaxınları özləri etməyə məcbur olublar.


 
Məsələ ilə ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Operativ və Hospital İşlər üzrə Baş həkimin müavini Murad Mirzəzadə bildirib ki, çağrışlar gəldiyi zaman onun növlərinə görə tezliyi müəyyənləşdirilir: "Əgər çağırış təxirəsalınmazdırsa, onun icra müddəti bir saat ərzindədir. Qeyd etdiyiniz çağırışla bağlı şikayəti araşdırdıq və məlum oldu ki, xəstə təzyiq problemi ilə bağlı təcili yardım çağırıb. Bu cür çağırışlar isə təxirəsalınmaz olduğundan icra müddəti bir saata yaxındır".

Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov bir müddət əvvəl "Report"a açıqlamasında vurğulayıb ki, BŞTTTYS-də yaradılan struktura görə həkim briqadası hər bir ünvana 15-20 dəqiqə ərzində çatmalıdır: "Elə yer də ola bilər ki, həmin əraziyə 5 dəqiqəyə çata bilərik. Mövcud problemləri aradan qaldırmaq üçün müxtəlif çıxış yollarından istifadə edirik. Yəni, çağırışların intensiv vaxtlarında, eləcə də ən pik vaxtlarda, yəni saat 16.00-dan gecə 00.00-a kimi çalışırıq ki, briqadalarımız olduqları ərazilərdən uzaqlaşmasınlar. Onların olduqları yeri mərkəzdən də görürük. Çünki hər bir maşına GPS quraşdırılıb”.

Təcili yardım maşınının Xətaidən deyil, Yasamaldan gəlməsinə gəldikdə isə Murad Mirzəzadə bildirib ki, təcili yardım maşınlarının göndərilməsi rayonlar üzrə bölünmür. Hansı rayon olmasından asılı olmayaraq, çağrış olan əraziyə yaxın briqda varsa, həmin əraziyə göndərilir.  

Müstəqil səhiyyə eksperti, tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyib ki, təcili tibbi yardım maşınlarının çağırış ünvanına təyin olunmuş vaxtdan gec çatması işin təşkilindəki qüsurdan irəli gəlir.


 
Onun sözlərinə görə, təcili tibbi yardım maşınının hadisə yerinə yarım saatdan gec çatmasına bəraət qazandırmaq olmaz: "Çünki onların strukturu elə qurulub ki, təcili çağırış olarsa, ən geci 15-20 dəqiqəyə çağırış yerində olmalıdırlar. Yarımstansiyalar da məhz bunun üçündür. Hadisə yerinə gec çatmaq işin təşkilindəki qüsurdur”.

Ekspert qeyd edib ki, bu işin təkmilləşdirilməsi üçün maddi-texniki bazanın kifayət qədər yüksək olması, yarımstansiyaların sayının və həkimlərin peşəkarlığının artırılması mütləqdir: "Təəssüf ki, bunlar səhiyyədə yaddan çıxan istiqamətlərdir”.

O, həmçinin əlavə edib ki, bu gün ölkənin yollarında təcili tibbi yardım maşınları üçün xüsusi zolaqlar yoxdur:
 
"Bakıda isə küçələrdə heç maşınlar bir-birilərinə yol vermir. Ölkədə yol infrastrukturu üçün kifayət qədər maliyyə vəsaiti ayrılsa da, təcrübə göstərir ki, bu kimi zolaqların salınması üçün heç nə görülmür. Ona görə də təcili yardım maşınları ünvana gec çatır. Təcili yardımın çağırış anından xəstənin yanına getməsi üçün sərbəst yol imkanı lazımdır. Bu imkanı yaratmaq lazımdır. Çünki ünvana gec çatmaq xəstənin həyatı bahasına başa gələ bilər.”


Oxunma sayı : 296

SON XƏBƏRLƏR
“Şeyxin oğlu 2 rükət namazı güclə qılır” - Hacı Qalib - 20 Sentyabr 2017, 13:09
Nazirlik araşdırmaya başladı: Ziya Məmmədovun bacısı işdən çıxarıldı? - 20 Sentyabr 2017, 13:02
Azərbaycanda ana doğuşdan sonra müəmmalı şəkildə öldü: "Ağzından köpük gəlirdi, çırpınırdı" - 20 Sentyabr 2017, 12:41
12 yaşlı ananın dünyaya gətirdiyi körpədən yeni xəbər var - 20 Sentyabr 2017, 12:33
Ərdoğandan Qarabağ xəbərdarlığı: «Qlobal münaqişəyə çevrilə bilər» - 20 Sentyabr 2017, 12:25
"Gazelli Group"dan yanğınla bağlı AÇIQLAMA - 20 Sentyabr 2017, 12:25
5 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı - TƏFƏRRÜAT - 20 Sentyabr 2017, 12:24
Hava şəraitində dəyişiklik gözlənilmir - 20 Sentyabr 2017, 12:23
"Bu maşınları, villaları hardan aldınız?" - Əli Mirəliyevdən müğənnilərə - 20 Sentyabr 2017, 12:11
Türkiyə prezidenti: "Kürdlər Türkiyənin dostudur" - 20 Sentyabr 2017, 12:06
Meksikada oyunlar zəlzələyə görə təxirə salınıb - 20 Sentyabr 2017, 12:03
Yolu keçən qadını maşın vuraraq öldürüb - 20 Sentyabr 2017, 12:00
Ağdamın icra başçısı dələduzluq işinə görə dindiriləcək - 20 Sentyabr 2017, 11:55
Dövlət Bayrağı Meydanının bayrağı niyə yerinə asılmır?.. - AÇIQLAMA - 20 Sentyabr 2017, 11:51
NIKOIL | Bank yeni kredit aksiyasına start verdi - 20 Sentyabr 2017, 11:40
Nicat Məna toyda Rəşad Dağlı ilə aralarında baş verən davadan danışdı (VİDEO) - 20 Sentyabr 2017, 11:33
Milli Şuranın növbəti mitinq fiaskosu – Müxalifətçilər mitinqdən üz döndərdilər - 20 Sentyabr 2017, 11:19
Azərbaycanda kanalda qadın cəsədi aşkarlanıb - 20 Sentyabr 2017, 11:04
Azərbaycan prezidenti bu gün BMT Baş Assambleyasında çıxış edəcək - 20 Sentyabr 2017, 10:36
Dövlətə 15 milyardlıq xəyanət - Cahangir Hacıyevin talanı və yalanı... - 20 Sentyabr 2017, 10:32
Azərbaycanda ana övladını 20 il tövlədə zəncirdə saxladı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (video) - 20 Sentyabr 2017, 10:24
Azərbaycanda yol qəzalarında 9 nəfər ölüb - 20 Sentyabr 2017, 10:22
Qüdrət Qurbanov oğluna “Buta Palace”da yüzminlik toy çaldırdı - TOYDAN VİDEO - 20 Sentyabr 2017, 10:08
Elmar Məmmədyarov: “Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir” - 20 Sentyabr 2017, 10:02
Cəbhədə gərgin gecə - 20 Sentyabr 2017, 09:34
Ebru Gündeş Bakıda toya gəldi - Video - 20 Sentyabr 2017, 09:22
Sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb - 20 Sentyabr 2017, 09:13
Qida sektorunda üç şirkət birləşib - 20 Sentyabr 2017, 09:07
"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb” - 19 Sentyabr 2017, 22:47
ABŞ-dan Bakı və İrəvana yeni Qarabağ mesajları - 19 Sentyabr 2017, 22:19
"Natavanın reklama ehtiyacı yoxdur" - Dado xanımı haqda - 19 Sentyabr 2017, 21:45
Masallıda toyda Rəşad Dağlı ilə Nicat arasında olan davanın görüntüləri - Video - 19 Sentyabr 2017, 21:29
Qadına 353 min manat pul "atan" bələdiyyə sədrinə yeni cinayət işi açıldı - 19 Sentyabr 2017, 21:19
Zaur verilişində Ağadadaş Ağayevi özündən çıxartdı: Bizi bura niyə çağırmısan? - FOTO - 19 Sentyabr 2017, 20:55
Vahid Mustafayevdən sükutu pozdu — "ANS yenidən fəaliyyət göstərəcək" - 19 Sentyabr 2017, 20:22
Sabah Bakı və Abşeronun bir hissəsində qaz olmayacaq - 19 Sentyabr 2017, 20:02
Avqust ayında Azərbaycandan 969 əcnəbi çıxarılıb - 19 Sentyabr 2017, 19:35
Azərbaycanın neft sənayesi işçilərinə fəxri adlar verilib- SİYAHI - 19 Sentyabr 2017, 19:03
Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub - 19 Sentyabr 2017, 18:46
DİN: Tutulan futbolçunun sərbəst buraxılması barədə yayılan məlumatlar yalandır - 19 Sentyabr 2017, 17:50
Qənirə Paşayeva İndoneziya nümayəndə heyəti ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb - 19 Sentyabr 2017, 17:43
Azərbaycanda 200 manatlıq əskinas buraxıla bilər - 19 Sentyabr 2017, 17:39
“Dedilər, bit probleminin həlli üçün icra başçısına ərizə yaz” - Deputat - 19 Sentyabr 2017, 17:20
""Gazelli" zavodunda baş vermiş yanğın söndürülür" - FHN-dən rəsmi açıqlama - 19 Sentyabr 2017, 17:13
Sabahın məzənnəsi - 19 Sentyabr 2017, 17:11
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10