06:53 çərşənbə, 18 Sentyabr 2019
SOSİAL

Bakıda ticarət mərkəzində yanğın - Xəsarət alanlar var

22:42, 18.05.20195845
Bakıda ticarət mərkəzində yanğın - Xəsarət alanlar var
Bakının Buzovna qəsəbəsində yerləşən "Zagulba Mall” ticarət mərkəzində yanğın baş verib.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, binada olan insanlar təxliyyə olunub. Hazırda açıq alov olmasa da, tüstülənmə davam edir.

Hadisə yerində yanğınsöndürmə briqadası işləyir.

***

"Report"un məlumatına görə, yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. 

Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
XƏBƏR LENTİ