xari

Bakıda velosiped oğruları ələ keçdi - VİDEO

KRİMİNAL
13:53 02.03.2021
405
Binəqədi rayonunda avtomobillərin maqnitofonlarını və binaların girişlərində saxlanılan velosipedləri oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəlcə vətəndaş Məhərrəm Kazımov tutulub. Araşdırma zamanı onun iki avtomobildən oğurluq etməklə yanaşı, üç ədəd velosipedi ələ keçirərək satdığı məlum olub. M.Kazımovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə analoji cinayətlər etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Faiq İsmayılov da saxlanılıb. Onun Binəqədi rayonunda ümumi dəyəri 1800 manat olan üç ədəd velosiped oğurladığı məlum olub.

Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. M. Kazımov və F.İsmayılovun Binəqədi rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur.

Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis  idarə, şöbə, habelə DİN-in "102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

09:45 15.04.2021

Koronavirusla bağlı SON STATİSTİKA

09:33 15.04.2021

İran televiziyası qadın hakimə görə Premyer Liqa matçının yayımını 100 dəfədən çox kəsdi

09:21 15.04.2021

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

09:10 15.04.2021

Yevlaxda cücə sexi yanıb, 1 nəfər ölüb

08:58 15.04.2021

ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılacağı tarix açıqlandı

08:41 15.04.2021

İraqın şimalında raket hücumunda türk əsgəri həlak olub

23:53 14.04.2021

Masazırda piyadanı vuraraq qaçan 21 yaşlı xanım sürücü yaxalandı - FOTO

23:38 14.04.2021

Britaniya demək olar ki, bütün hərbi qüvvələrini Əfqanıstandan çıxaracaq

23:24 14.04.2021

Əkrəm İmamoğlu: “Hazırda evimdə hər kəs koronavirusdur” - VİDEO

23:14 14.04.2021

Azərbaycanda icra başçısının keçmiş müavini vəfat edib

23:06 14.04.2021

"Münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir"

22:47 14.04.2021

"Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb"

22:36 14.04.2021

Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları

22:29 14.04.2021

Belarusun dövlət başçısı: "Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq"

22:28 14.04.2021

"Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır"

22:27 14.04.2021

Koronavirus keçirən xəstələrin 80 faizi... - Həkimdən şok açıqlama