19:18 Cümə Axşamı, 18 Aprel 2019
GƏNCLİK

Bakıda VI Ağıl Oyunları Festivalının seçim turları yekunlaşdı

13:53, 11.02.20191910
Bakıda VI Ağıl Oyunları Festivalının seçim turları yekunlaşdı

Seçim turlarında 50-yə yaxın komanda iştirak edib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Gənclər Fondunun dəstəyi və "Xəzər” İntellektual Gənclər Klubunun təşkilatılığı ilə keçirilən "Nə? Harada? Nə zaman?” oyunu üzrə VI Ağıl Oyunları Festivalının  seçim turları yekunlaşıb.

"Nə? Harada? Nə zaman?” oyunu üzrə VI Ağıl Oyunları Festivalının keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması, eləcə də intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Seçim turları dekabr-fevral aylarında Bakı şəhərində keçirilib. Seçim turlarında 300-ə yaxın gəncin təmsil olunduğu 50-ə yaxın gənclərdən ibarət komandalar iştirak edib.

Seçim turlarında ən yaxşı nəticə göstərən komandalar fevralın 23-də Bakıda keçiriləcək final oyununa vəsiqə qazanıblar.

VI Ağıl Oyunları Festivalının finalında kubokun ənənəvi təsnifatı ilə yanaşı, regionlardan olan çox saylı komandalar üçün ayrıca təşkil olunacaq Regionlar Kuboku və "Xəmsə" Milli intellektual Oyunu üzrə yarışlar da baş tutacaq. 

XƏBƏR LENTİ