09:30 şənbə, 16 Dekabr 2017
SOSİAL

Bakıda xəstəxanada qalmaqal: Xəstənin yanında qalmaq üçün pul ver- FOTO

17:36, 29.11.20172758
Bakıda xəstəxanada qalmaqal: Xəstənin yanında qalmaq üçün pul ver- FOTO

Bakıda fəaliyyət göstərən özəl klinik xəstəxanaların biri xəstənin yaxınlarından gecə qalmaları üçün əlavə vəsaitin ödənilməsini tələb edir.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə Elşən Məhərrəmli adlı istifadəçi paylaşım edib.

Onun paylaşdığı elan isə "Premium" klinikasına aiddir. Elandan da aydın görünür ki, gecə xəstənin qalması üçün ödəniş etmək lazımdır. Hətta bunu da yaş qruplarına bölüblər.

Belə ki, 10 yaşadək uşaqların yanında qalmaq pulsuz, 11-13 yaş arası yeniyetmələrin yanında qalmaq üçün isə təyin olunmuş məbləğin 50 faizini ödəmək lazım olacaq.

Məsələ ilə bağlı klinikanın rəhbəri Mübariz Nağıyev sayta  açıqlama verib. O, elanın, həqiqətən də, onun rəhbərlik etdiyi müəssisəyə aid olduğunu etiraf edib: "Biz qanunsuz heç bir iş görmürük. Nə ediriksə, hamısı Azərbaycan qanunvericiliyinə tam uyğundur. Bu elanın yerləşdirilməsi də həmçinin. Biz özəl klinikayıq və bu cür ödənişlərin alınması tam qanunidir. Bu cür ödənişlər istər ölkəmizin, istərsə də digər dövlətlərin xəstəxanalarında aparılır".
 

M.Nağıyev bildirib ki, xəstənin yanında 1 nəfərin qalması üçün 30 manat məbləğində ödəniş müəyyən edilib: "Bu, elə də böyük məbləğ deyil. Biz bu pulu gecəni xəstəxanada keçirən xəstələrin yaxınlarından yataq dəstindən istifadəyə görə alırıq".

Səhiyyə Nazirliyindən isə sözügedən sayta bildirildi ki, bütün dövlət müəssisələrində pasientlərə pulsuz olaraq xidmət göstərilir. Stasionar müalicə alan xəstələrin yaxınlarının onlara baş çəkməsi tam ödənişsizdir: "Amma orada müəyyən vaxt təyin olunur. Yəni təyin olunmuş vaxtda xəstənin yaxınları onlara baş çəkə bilər. O ki qaldı özəl tibb müəssisələrinə, onlar xəstəxanalara müraciət etmiş pasientlərlə münasibətləri Azərbaycan qanunvericiliyi çərçivəsində özləri müəyyən edir".


0
XƏBƏR LENTİ