13:04 Bazar Günü, 21 Iyul 2019
SOSİAL

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaratdı - VİDEO

16:56, 19.06.20193492
Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaratdı - VİDEO

Bakı şəhəri, Balaxanı-Binəqədi yolunda qaydaları pozaraq digər sürücülərə təhlükə yaradan yol polisi vətəndaşlardan biri tərəfindən kameraya çəkilib.

"Report"a təqdim olunan videodan görünür ki, 99 YP 746 dövlət nömrə nişanlı patrul avtomobildə xidmət aparan əməkdaş 1.1 xəttinin tələbini pozaraq əks yola çıxır və qadağan olunmuş yerdə ötmə edir.

Bu zaman qarşıdan gələn yük maşını, həmçinin digər avtomobillər üçün təhlükə yaradır.

Ekspertlər deyir ki, yol polisinin bəzi hallarda qaydaları pozmasına icazə verilir, amma sayrışan işıqları və səs siqnalı işlək vəziyyətdə olan zaman üstünlüyə malikdir. Videoda qayda pozan Yol Patrul Xidməti (YPX) avtomobilinin sayrışan işıqları və səs siqnalı isə yanmır.

 
XƏBƏR LENTİ