19:56 çərşənbə Axşamı, 11 Dekabr 2018
SOSİAL

Bakıda 30 nəfərin öldüyü dəhşətli yanğının görüntüləri – VİDEO

10:48, 02.03.20184626
Bakıda 30 nəfərin öldüyü dəhşətli yanğının görüntüləri – VİDEO
Səhər saatlarında Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. 

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində baş verib. APA TV-nin xəbərinə görə, 30-dan artıq pasiyent yanan binadan təxliyə olunub. Yanğın zamanı xəsarət almış şəxslərdən dördü xəstəxanalara yerləşdirilib. Hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib. 

Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərdən çox şəxs ölüb.
Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyi saat 08:18-də yanğının məhdudlaşdırıldığı barədə məlumat yayıb. Yanğının yayılma təhlükəsi yoxdur.
 

XƏBƏR LENTİ