19:42 Bazar Günü, 23 Sentyabr 2018
SOSİAL

Bakıdakı yanğında 51 maşının kül olması ilə bağlı rəsmi AÇIQLAMA

20:47, 29.06.20184929
Bakıdakı yanğında 51 maşının kül olması ilə bağlı rəsmi AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyi avtomobil dayanacağında baş verən yanğın barədə növbəti məlumat yayıb.
 
Nazirlikdən AZXEBER.COM-a daxil olan xəbərə görə, Bakı şəhəri, Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb. Ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.
 
Yanğın zamanı xəsarət alan olmayıb.
 
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ