06:23 çərşənbə, 24 Oktyabr 2018
SOSİAL

Bakıdan Moskvaya uçan təyyarə Sankt-Peterburqa məcburi eniş etdi

21:21, 21.04.201810813
Bakıdan Moskvaya uçan təyyarə Sankt-Peterburqa məcburi eniş etdi

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun "Pulkovo” hava limanında məcburi eniş edib.

AZAL-dan AZXEBER.COM-a verilən məlumata görə, Moskvanın "Vnukovo” hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları”nın J2-830 reysi "Pulkovo” hava limanına (LED) uğurlu eniş edib.

"Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək”, – deyə məlumatda vurğulanıb.

XƏBƏR LENTİ