18:33 çərşənbə, 12 Dekabr 2018
Manşet

Bakılıların şərəfini qoruduğu gəncəlilər – Onlar indi hardadır?

18:05, 12.11.201810186
Bakılıların şərəfini qoruduğu gəncəlilər –  Onlar indi hardadır?
"Neftçi” Azərbaycanın ən qədim futbol komandasıdır. 90 ilə yaxın tarixi olan "Neftçi” hələ sovetlər dönəmində ölkəmizi SSRİ miqyasında ləyaqətlə təmsil edir, böyük uğurlara imza atırdı. Müstəqillik dövründə də bu uğurları davam etdirən "Nefçi” dəfələrlə ölkə çempionu adını qazanıb.

AZXEBER.COM ötən əsrin 80-ci illlərinin sonu və 90-cı illərinin əvvəllərində ardıcıl qələbələr qazanan "Neftçi”nin o zamankı oyunçuları ilə bağlı araşdırma aparıb.

Komandanın əsas oyunçusu – 10 nömrəli forma geyinən Vəli Qasımov 1968-ci ildə Gəncədə anadan olub. Karyerası dövründə Neftçi (Bakı), "Dinamo" (Moskva), "Spartak" (Moskva), "Real Betis", "Vitoriya" (Setubal) klublarının şərəfini qoruyub. 1992-ci il Rusiya premyer liqasında bombardir olub. Vəli Qasımov qısa müddət Portuqaliya aşağı divizyon klubu olan "Gelves”in məşqçisi işləyib. 

 

Son iş yeri Azərbaycan yığma komandasının məşqçisi Berti Foqtsun köməkçisi və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin çalışdırıcısı vəzifələri olub. Veteran futbolçumuz UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində ölkəmizi təmsil edib və Bakıda keçiriləcək final oyununun səfiri seçilib.

Komandanın əsas oyunçularından biri – 11 nömrəli forma geyinən Nazim Süleymanov 1965-ci ildə Sumqayıtda anadan olub. İnamlı oyunu ilə seçilən Nazim Süleymanovun adı indi də sevilərək səslənir.
 

 


Onun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır. 1996-cı ildə Alaniya Vladiqafqaz ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov eyni zamanda Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür. Bu unudulmaz futbolçunun karyerasında Spartak Moskva, Jemçujina-Soçi kimi klubların adı var. Son iş yeri  "Sumqayıt” futbol komandasının baş məşqçisi Nazim Süleymanov bu gün həmin vəzifədən istefa verib.

Komandada 9 nömrəli forma geyinən Samir Ələkbərov 1968-ci ildə Bakıda anadan olub. Futbol karyerasının böyük bir hissəsini Neftçi Bakı klubunda keçirib. 
 

 


Azərbaycan futbol üzrə yığma komandasının üzvü olub. Futbol karyerasını 2001-ci ildə başa vurub. Bir müddət Xəzər-Lənkəran futbol klubu nəzdində uşaq-yeniyetmə məktəbinin direktor köməkçisi olub.

Komandanın 7 nömrəli oyunçusu Yunis Hüseynov  1965-ci ildə Gəncədə anadan olub. Futbolçu karyerasına da elə Gəncədə - "Kəpəz” klubunda başlayıb.
 

 


İki dəfə ardıcıl Azərbaycanın "ən güclü futbolçusu” seçilən Y.Hüseynov 1992-1993-cü ildə karyerasını İranda davam etdirib. Ölkəmizin "ən güclü qadın şahmatçısı” sayılan – qrossmeyster, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Azərbaycan Şahmat Federasiyasının sabiq prezidenti, keçmiş millət vəkili Aynur Sofiyanın həyat yoldaşıdır.

Komandanın 4 nömrəli oyunçusu Tərlan Əhmədov 1971-ci ildə Bakıda anadan olub. Tərlan Əhmədov SSRİ dövründə Avropa və dünya çempionu olsa da, Azərbaycan çempionu ola bilməyib.
 

 

Uzun müddətdir məşqçilik fəaliyyəti ilə məşğul olan Tərlan Əhmədov hazırda "Keşlə” futbol klubunun baş məşqçisidir. Bundan öncə "Neftçi” futbol klubunu çalışdırıb. O, Azərbaycan yığma komandasında 75 oyun keçirib, kapitan sarğısını ən çox qoluna taxmış futbolçulardan olub.

Komandanın 8 nömrəli oyunçusu Vidadi Rzayev 1967-ci ildə Gəncədə anadan olub. Ölkənin futbol tarixinə adını qızıl hərflərlə yazdıran Vidadi Rzayev kareyrası dövründə müxtəlif klubların şərəfini qoruyub.

 

O, 1996-cı ilin avqustun 31-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrə yığmasına vurduğu qolla milli komandamıza rəsmi oyunlarda ilk qələbəni qazandıran futbolçu olub. "Karvan”, "Qəbələ”, "Kəpəz” futbol komandalarını çalışdıran V.Rzayevin hazırda nə işlə məşğul olmasına dair dəqiq məlumat yoxdur. 

Komandanın 6 nömrəli oyunçusu Arif Əsədov 1970-ci ildə Gəncədə anadan olub. 1994-cü ildə Vladiqafaqazın Alaniya klubuna keçir və 20 oyunda bir qol vurur. 
 

 


2006-2007-ci illərdə Azərbaycan U-19 yığmasına məşqçilik edən Arif Əsədov 2010-cu ilin fevralında "Neftçi”nin baş məşqçisi olur. Bu dönəmdə "Neftçi” mövsümünün qalibi olur. 2011-i ilin iyul ayında Çempionlar liqasının təsnifat mərhələsindəki uğursuzluq səbəbindən istefa verib.

Komandanın 3 nömrəli oyunçusu Əsgər Abdullayev 1960-cı ildə Bakıda anadan olub. dövrünün ən peşəkar müdafiəçilərindən olub. 
 

 


Bir müddət komandanın kapitanı olan Əsgər Abdulayev SSRİ idman ustası adına layiq görülüb. "Olimpik Şüvəlan”, "Turan Tovuz” futbol komandalarının məşqçisi olan Əsgər Abdullayev hazırda da bu fəaliyyətini davam etdirir. Eyni zamanda digər sahədə çalışdığına dair iddialar var. Bununla yanaşı futbol sahəsində də fəaliyyətinə ara vermir.

 


Komandanın qapıçısı Elxan Həsənov 1967-ci ildə Bakıda anadan olub. SSRİ idman ustası, ikiqat Azərbaycan çempionu Elxan Həsənov "Kəpəz" (Gəncə), Xəzər Sumqayıt, "Turku" (Finlandiya) və Karvan komandalarında oynayıb.

1988-ci ildə SSRİ Federasiya Kubokunun finalına oynayıb. Dəfələrlə Azərbaycan Kuboku mükafatçısı olub. 2000-ci ildə Finlandiya Kubokunun finalçısı olub. Azərbaycan milli futbol komandasının qapısını qoruyub.

// Azər Niftiyev, AZXEBER.COM

XƏBƏR LENTİ