03:53 çərşənbə, 21 Noyabr 2018
SOSİAL

Bakının işğaldan azad olunmasının 100 illiyi əsgər və hərbçilərimizlə qeyd edildi - FOTO

15:26, 12.09.20183748
Bakının işğaldan azad olunmasının 100 illiyi əsgər və hərbçilərimizlə qeyd edildi - FOTO
Cümhuriyyətimizin, Ordumuzun və Bakının işğaldan azad olunmasının 100 illiyi əsgər və hərbçilərimizlə birlikdə qeyd edildi.
 
"Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB və "Xocalı Soyqırımını Tanıtma" İB-nin birgə təşkilatçılığı ilə Respublika Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində Bakının erməni hərbi birləşmələri və onların havadarlarının işğalından azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi. Tədbir iştirakçıları öncə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

"Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu" İB-nin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva tədbir iştirakçılarını salamladı. O, Azərbaycanın Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ərazi bütövlüyümüzün bərpası naminə həyata keçirdiyi mühüm tədbirlərdən danışdı. Əsgər və hərbçilərimizi müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Ordumuzun 100 illiyi, Nuri Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam ordusunun Bakının erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə təbrik edən millət vəkili Qənirə Paşayeva hər bir hərbçiyə Vətənimiz naminə bütün arzularına çatmalarını diləyib. Hər üç önəmli və böyük hadisə ilə bağlı geniş çıxış edən millət vəkili Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: "Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq və o gözəl bölgələrimizdə də bu gün Cocuq Mərcanlıda qeyd edə bildiyimiz kimi bayramlarımızı qeyd edəcəyik. Aprel döyüşləri və zəfəri bir daha bütün dünyaya ordumuzun artan gücünü göstərdi. Dostlar sevindi, düşmənlər ciddi təşvişə düşdülər. Ordumuzun daha da inkişafı istiqamətində böyük işlər görülür və inşallah ordumuz bundan da daha güclü olacaq. Sizin Vətənimizi qorumaq istiqamətində ruh yüksəkliyiniz isə xüsusi əhəmiyyət daşıyır. İnşallah torpaqlarımızı işğaldan azad edib, bayramlarımızı əsl bayram kimi bütün torpaqlarımızda sevinclə qeyd edəcəyik. Allah bu yolda dövlətimizə, millətimizə və ordumuza yardımçı olsun!”
 
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Ana harayı"qəzetinin baş redaktoru, Qarabağ qazisi Şamil Sabiroğlu 1989-1995-ci illərdə cəbhə bölgələrində qarşılaşdığı maraqlı əhvalatlardan danışdı. Şamil Sabiroğlu Bakının düşmən tapdağından azad edilməsinin 100-cü ildönümü ilə əlaqədar Bakı şəhərində Hərbi parad keçiriləcəyini qeyd etdi.

" Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB-nin sədri Arzu Bağırova və Respublika Gəncliyə Yardım Fondunun vitse - prezidenti Salman Əliyev Ordumuzun şəxsi heyətinin 2016-cı ilin aprel döyüşləri zamanı qazandığı uğurdan söhbət açdılar. Millət vəkili Q.Paşayevanın dəvətilə Azərbaycana qonaq gəlmiş Türkiyənin tanınmış müğənnisi Zəfər İşləyən maraqlı musiqi proqramı ilə çıxış etdi. Biz ümummilli lider Heydər Əliyevin dediyi kimi bir millət, iki dövlətik deyən Zəfər İşləyən hər zaman Azərbaycanın, Azərbaycan Ordusunun yanındayıq deyib və bu önəmli günlərdə Azərbaycan əsgər və hərbçiləri ilə görüşməkdən böyük xoşbəxtlik və qürur duyduğunu xüsusi vurğulayıb. 

Tədbirin sonunda xidmətdə fərqlənən hərbçilərə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr və Azərbaycan tarixinə dair dəyərli kitablar təqdim olundu.
Bayram tədbirində xanım Qənirə Paşayevanın dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin Kastamonu vilayətinin tələbə-gəncləri, habelə,Qeyri-Hökumət təşkilatlarının fəalları iştirak edirdi.
 

 

 

 

 

 

 


XƏBƏR LENTİ