02:30 Bazar Günü, 18 Avqust 2019
SOSİAL

Bakının mərkəzində güclü partlayış: 2 ölü, 1 yaralı - FOTO

10:29, 27.01.201810435
Bakının mərkəzində güclü partlayış: 2 ölü, 1 yaralı - FOTO
Nəsimi rayonunda baş verən partlayışa yaralanan şəxsin kimliyi müəyyənləşib

AZXEBER.COM xəbər verir ki, Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədovun "Ölkə.Az”-a verdiyi açıqlamaya görə, səhər radələrində təcili tibbi yardım maşını ilə 57 yaşlı Mahmudov Zahid Şükür oğlu bədənin çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. 

İlkin müayinə zamanı məlum olub ki, Z.Mahmudovun bədəni 90 faiz yanıb, vəziyyəti ağırdı.
 
***
 
Yanvarın 27-də paytaxtın "28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində yerləşən binada partlayış baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat verib.

Partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir. Hadisə yerinə FHN, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Partlayışın qaz sızması səbəbindən baş verdiyi deyilir.
 

XƏBƏR LENTİ