23:18 Cümə Axşamı, 05 Dekabr 2019
SOSİAL

Bakının mərkəzinə çoxlu sayda polis cəlb olunub - FOTO

12:47, 19.10.201912983
Bakının mərkəzinə çoxlu sayda polis cəlb olunub - FOTO
Bu gün Milli Şura üzvlərinin Bakının mərkəzində - "28 May" metrostansiyasının qarşısında keçirəcəyi qanunsuz aksiyanın qarşısını almaq məqsədilə əraziyə çoxlu sayda polis əməkdaşları və DİN-in Daxili Qoşunlarının şəxsi heyəti cəlb olunub.

Vətəndaşların təhlükəsizliyini təmin etmək, həmin ərazidə baş verəcək mümkün qanun pozuntularının qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları da hazırda iş başındadırlar.

Qeyd edək ki, Bakı polisi mitinq təşkilatçılarına ciddi xəbərdarlıq edib. Bildirilib ki, paytaxtda keçiriləcək istənilən qanunsuz aksiyanın qarşısını qətiyyətlə alınacaq, ictimai asayişi pozmağa çalışan şəxslər ciddi şəkildə cəzalandırılacaq.
 
///Azvision.az
 

 


XƏBƏR LENTİ