03:27 Bazar Ertəsi, 18 Dekabr 2017
SOSİAL

Bakıya gələn iranlı həkim gənc xanımın burnunu qorxunc hala saldı - FOTO

15:20, 16.11.20171065
Bakıya gələn iranlı həkim gənc xanımın burnunu qorxunc hala saldı -  FOTO

"Azərbaycanda məkan açıb, insanların həyatı ilə oynayan bir klinika var. Rəhbəri Seyed Mohammad Moinifard Cənubi Azərbaycandan Məshut Enzari adlı bir həkim dəvət etmişdi. Həmin tibbdən xəbərsiz həkim, bacımın burnunu əməliyyat edib və bərbad hala salıb”.

AZXEBER.COM A24.Az-a istinadən xəbər verir ki, bunu aparıcı Fizzə İsmayılova  bildirib.

"Bu əməliyyat bacımın səhhətinə də birbaşa təsir etdi. Bizə dedilər ki, 3 ilə tamamilə düzələcək.  Amma zaman keçdi, burunda əyrilik qaldı, üstəgəl artıq ətrafında da  yumru şiş əmələ gəlib.

Bu əməliyyata görə, 2000 AZN pul aldılar. İndi də fırıldağa əl atırlar. Bizə cavab belə vermirlər. Onsuz da bu iş məhkəməyə qədər gedib çıxacaq”- deyə aparıcı öz şikayətində deyib.

 

 

0
XƏBƏR LENTİ