20:32 Bazar Günü, 21 Oktyabr 2018
SOSİAL

"BakuBus" avtobusu piyadanı vurdu - Vəziyyəti ağırdır

10:14, 23.05.20185777
Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, "Su Sonası" şadlıq sarayının qarşısından yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu "BakuBus" MMC-yə məxsus 5 nömrəli sərnişin avtobusu vurub.

Yaralı "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

XƏBƏR LENTİ