13:35 şənbə, 25 May 2019
KRİMİNAL

Balakəndə qadın həyətində çətənə yetişdirdi

16:24, 25.04.20194204
Balakəndə qadın həyətində çətənə yetişdirdi
Balakən Rayon Polis Şöbəsi və Rayon Prokurorluğunun əməkdaşları daxil olmuş məlumat əsasında Gərəkli kənd sakini A.Kiçiliyevanın yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, qadının evindən 305 qrama yaxın narkotik vasitə olan marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ