06:22 çərşənbə, 24 Oktyabr 2018
İQTİSADİYYAT

Bank Respublikadan gündəlik həyatınızı asanlaşdıracaq 5 dəyərli - Məsləhət

17:02, 20.04.20186020
Bank Respublikadan gündəlik həyatınızı asanlaşdıracaq 5 dəyərli - Məsləhət
Bir çox hallarda gündəlik istifadə etdiyimiz üsullara o qədər alışmışıq ki, bu üsulların daha yaxşı alternativləri haqqında heç düşünmürük. Məsələn, kommunal xidmət ödənişlərini bəzi insanlar hələ də bankın ofisində və ya yaxındakı marketdə gedib terminal üzərindən ödəyir. Elələri də var ki, vəsaiti ödəniş üçün dost-tanışdan göndərir. Bu vasitələrə rəğmən, vaxtınız və enerjinizi daha vacib işlərə sərf etmək üzərində düşünün.

Məhz bu məqsədlə, Bank Respublika həyatınızı asanlaşdıracaq 5 faydalı məsləhətini verir.

Kommunal xidmətlərin ödənilməsinə vaxtımız gedir.

İşıq, qaz, su, telefon və digər vacib xidmətlərin ödənişlərini bankın Mobil və İnternet şöbələri üzərindən yerinə yetirmək olar. Buradan "Avtoödəniş” xidmətinə qoşulsanız həmin ödənişlərin qayğısı bir daha Sizi narahat etməyəcək. Avtoödənişi tarix və ya yaranmış borc üzrə seçdikdən sonra tələb olunan məbləğ kartdan avtomatik ödəniləcək.

Hərdən cərimələrimiz olur.

Təəssüf ki, arada sürət həddini aşmaq və ya qırmızı işıqda yolu keçmək kimi anlaşılmazlıqlar da baş verir. Bu qaydaların pozulması müqabilindəki cərimələri də Mobil Şöbə vasitəsilə ödəmək olar. Amma yaxşı olardı ki, sükan arxasında daha diqqətli olaq.

Qohumlara və dostlara pul göndəririk.

Bir çoxları üçün bəlkə yenilik olar, amma pulları birbaşa mobil telefondan da köçürmək olar və yaxın adamınız vəsaiti bankın istənilən filialından qəbul edə biləcək. Beləliklə, Mobil və İnternet şöbələrin "Vektor” bölümü üzərindən ölkə üzrə pul köçürmələrini bir toxunuşla yerinə yetirmək olar. Belə bir zərurət tez-tez yarandıqda "Vektor” kartını sifariş edirsizniz və köçürmə birbaşa karta mədaxil olunacaq.

Ailə büdcəsinə nəzarət etmək zərurəti.

Nəzərə almaq lazımdır ki, ailəmizin hər bir üzvünün öz tələbatı var. Övladranızın məktəbdəki gündəlik xərclərini "İlk kart” ilə qarşılamaq olar. Bu vasitə uşaqlarda ödənişləri qeyri-nağd şəkildə aparmağı erkən vaxtlardan vərdiş halına gətirəcək, valideyinlərə isə ailə büdcəsinə nəzarət etməkdə yardımçı olacaq. Əlavə bank kartı ilə yaxınlarınız da Sizin bank hesabınızdan faydalana biləcəklər.

Banka getməyə vaxt yoxdur.

Növbə gözləməkdən heç kimin xoşuna gəlmir. Əsas odur ki, tez olsun, istər hesaba pul qoymaq, istərsə də kredit ödəmək. Biz bunu gözəl başa düşürük. Artıq vaxt itirməmək üçün "Mobil Vizit” xidmətindən istifadə edib növbədəki sıra nömrənizi öncədən alın. Banka gəldikdə isə həmin nömrəni təqdim etmək yetərlidir ki, Sizə dərhal xidmət göstərilsin.

Vərdiş etdiyimiz həll üsullarını bir çox hallarda ən düzgün çıxış yolu kimi zənn edirik. Lakin yuxarıda qeyd olunanlar onu göstərdi ki, həyatımızı bir qədər də asanlaşdıra bilərik. Bank Respublikanın analoji təklifləri haqqında ətraflı məlumat rəsmi saytda təqdim edilib. Əlavə suallara 144 qısa nömrəsinə zəng və ya Facebook üzərindən müraciət etsəniz məmnuniyyətlə cavab verərik.

Bank Respublika, Sizə Faydalı!
XƏBƏR LENTİ