06:50 şənbə, 16 Fevral 2019
İDMAN

"Barselona" 19 yaşlı futbolçu transfer etdi

19:27, 01.02.20194188
"Barselona" heyətini yeni futbolçuyla gücləndirib. 

Kataloniya təmsilçisi "Tuluza"dan Jan-Kler Todibonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı müdafiəçiylə 4,5 illik müqavilə imzalanıb. Todibo "Barsa"da 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Barselona" qış transfer pəncərəsi dövründə "Sassuolo"dan Kevin-Prins Boatenqi, "Ayaks"dan Frenki de Yonqu, "Atletiko Mineyro"dan Emersonu transfer edib.
 
///Milli.Az 
XƏBƏR LENTİ