08:33 şənbə, 21 Sentyabr 2019
SOSİAL

Baş nazir də hava ilə bağlı sərəncam verdi

16:02, 16.01.20193643
Baş nazir də hava ilə bağlı sərəncam verdi
Baş nazir Novruz Məmmədov Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.
 
AZXEBER.COM xəbər verir ki, sərəncamda baş nazir bildirir ki, Azərbaycan Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatını və Təhsil Nazirliyinin təklifini nəzərə alaraq hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.

Təhsil Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı lazımi tədbirlər görsün. Bu sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının rəhbərinə həvalə edilsin.

Qeyd edək ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.
XƏBƏR LENTİ