08:20 Cümə, 15 Dekabr 2017
İDMAN

Baş nazir də Ramil Quliyevi təbrik etdi

12:11, 11.08.2017291
Baş nazir də Ramil Quliyevi təbrik etdi
Türkiyənin baş naziri Binəli Yıldırım 200 metr məsafəyə qaçışda dünya çempionu Ramil Quliyevi təbrik edib.
 
Trend bu barədə Türkiyə Baş nazirinin administrasiyasına istinadən məlumat verib.

R.Quliyev karyerasında ilk dəfə dünya çempionu adını qazandıqdan dərhal sonra onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təbrik etmişdi.

Qeyd edək ki, Türkiyəni təmsil edən R.Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 20,09 saniyə nəticə göstərərək yarışın favoriti hesab olunan niderlandlı Vayde Van Nikerki qabaqlayaraq dünya çempionu adını qazanıb.
0
XƏBƏR LENTİ