Baş nazirin müavini Əli Həsənovun həbsdəki nəvəsinin işində şok gəlişmə - özü payızda könüllü istefa verəcək

18 Avqust 2017, 12:34
AAA

Nail Allahverdiyevin məhkəmə qərarından apelyasiya şikayəti verməməsi baş nazirin müavininin nəvəsinin işini daha da ağırlaşdıra bilər; gözlənilir ki, komitə sədri indi deyil, payız aylarında, məhkəmə başlayan ərəfədə "öz xahişi” ilə işdən çıxsın, oliqarxı həbsdən çıxaran vəkillə yeni müqavilə imzalanıb

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəkili dəyişib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov gözlənilmədən işdən kənarlaşdırıb.

N.Allahverdiyev bu il avqustun 3-də saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib.

Xətai rayon Məhkəməsində N.Allahverdiyev barəsində həbs-qətimkan tədbiri seçilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.


S.Bayramovun işdən kənarlaşdırılması barədə ən müxtəlif xəbərlər var. Xəbərlərdən biri budur ki, sözügedən vəkil vaxtilə məmur balaların özbaşınalığı ilə bağlı açıqlamaları olub. İkinci versiya budur ki, Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apelyasiya şikayəti verilməyib. Vəkil bunu N.Allahverdiyevin yaxınlarının istəyi kimi açıqlayıb ki, bu da gələcəkdə baş nazirin nəvəsinin hökmünü ağırlaşdıra bilər. Qərardan üç gün müddətində apelyasiya şikayəti verilə bilər ki, bu da baş verməyib. N.Allahverdiyevin yaxınları bu işin onların ziyanına olduğunu görünür sonradan anlayıblar. Bəzi xəbər portalları bu addımı "şok xəbər” kimi tirajlayıblar. Çünki adətən ən ağır cinayət işlərində belə vəkillər və təqsirləndirən şəxs bu hüquqi prosedurdan formal da olsa keçməyə çalışır. Məsələn, məhkəmədən o xahiş edilə bilərdi ki, N.Allahverdiyev ev dustağı edilsin. Bu baş verməsəydi belə, məhkəmədə bu, N.Alklahverdiyevin hökmünə təsir edən fakt ola bilər. Görünür, ictimai qınaqdan çəkinən Əli Həsənovun yaxınları bu məsələyə lazımı diqqət ayırmayıblar ki, indi bu işdə suçlu kimi vəkili görürlər. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsində birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi 381.1 maddədə öz əksini tapır. Məcəllədə bildirilir ki, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apelyasiya instansiyası məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Xəbərlərə görə, Ə.Həsənov hazırda çətin durumdadır və vəziyyəti dəyişmək üçün müxtəlif cəhdlər edir. Onun işdən çıxarılacağı hazırda gündəmdə deyil, amma bu hadisə onun hakimiyyətdəki mövqelərinin xeyli zədələdiyi deyilir.

Ə.Həsənovun baş nazir olmaq iddiası da vardı ki, bunun artıq mümkün olmadığı aydındır. Gözlənilir ki, Ə.Həsənov indi deyil, payız aylarında, məhkəmə başlayan ərəfədə "öz xahişi” ilə işdən çıxsın.

Bundan sonra N.Allahverdiyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edəcək. M.Mustafayev açıqlamasında xaricdə olduğunu və bu işlə bağlı danışmaq istəmədiyini bildirib.

Muxtar Mustafayev Amerika Vəkillər Birliyinin Assosiativ üzvü və 2005-ci ildən Beynəlxalq Vəkillər Birliyinin üzvüdür. Muxtar Mustafayev Beynəlxalq Bank işinə görə həbs edilən "PNN Group” şirkətinin təsisçilərindən olan Nizami Piriyevin vəkili olub. O zaman daha çox Muxtar Mustafayevin səyi nəticəsində məhkəmə N.Piriyev barəsində həbs-qətimkan tədbirini dəyişdi. ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmədə də ANS-in nümayəndəsi vəkil Muxtar Mustafayev olub.

Yasamal Rayon Məhkəməsində sabiq deputat Gültəkin Hacıbəylinin jurnalist Eynulla Fətullayevlə məhkəmə dartışmasında da G.Hacıbəylinin hüquqlarını prosesdə müdafiə edən vəkillərdən biri də Muxtar Mustafayev olub.

 Yeni Müsavat


Oxunma sayı : 9574

SON XƏBƏRLƏR
Xaçmazda meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB - 20 Sentyabr 2017, 23:44
"Ac-yalavac birini neynirəm?" - Mətanətin toyu təxirə düşdü - 20 Sentyabr 2017, 23:16
Həbsxana həyatı yaşamış məşhur idmançılarımız - SİYAHI - FOTO - 20 Sentyabr 2017, 22:45
Neftçilərin dostu, Yeni "Əsrin müqaviləsi"... - Neftçilər günündə fərqləndirdiklərimiz - 20 Sentyabr 2017, 22:25
Avropa Liqasının final matçı Bakıda keçiriləcək - 20 Sentyabr 2017, 22:06
Könül Xasıyeva ona 70 min atan müğənnini bağışlayıb - 20 Sentyabr 2017, 21:36
18 yaşlı oğlan hamamda huşsuz vəziyyətdə tapılıb - 20 Sentyabr 2017, 20:55
Xaçmazda meşə yanğını başlayıb - 20 Sentyabr 2017, 20:28
Ukrayna Rusiyadan 5 milyard dollar tələb edir - 20 Sentyabr 2017, 19:56
2019-cu ildə Avropa Liqasının final matçı Bakıda keçiriləcək - 20 Sentyabr 2017, 19:23
İlham Əliyev BMT-də 2 yaşlı Zəhranın qətlindən danışdı - 20 Sentyabr 2017, 18:05
“Baku Bus”-ın 1 saylı avtobusundan şikayət- sərnişinlər evlərinə gedib çıxa bilmir - 20 Sentyabr 2017, 18:03
"Qarabağ" - "Roma" oyununa biletlərlə bağlı açıqlama - 20 Sentyabr 2017, 17:56
"Bu Prezidentimizin Azərbaycan gəncliyinə diqqətinin göstəricisidir" - 20 Sentyabr 2017, 17:52
Bu gün azərbaycanlı teleaparıcının toyudur - 20 Sentyabr 2017, 17:36
7 il ana ola bilməyən Əzizə üçəm dünyaya gətirdi – VİDEO - 20 Sentyabr 2017, 17:26
Xanımını lüt soyundurub işgəncə verən ər həbs edildi - 20 Sentyabr 2017, 17:26
Qəzaya düşən bu uşağın valideynləri axtarılır - 20 Sentyabr 2017, 17:23
Bakıda minə yaxın küçə iti sığınacağa verilib – RƏSMİ - 20 Sentyabr 2017, 17:18
"Eldar Mahmudov bizdən nə istəyirdi?!"- intihar edən polkovnikin qardaşı - 20 Sentyabr 2017, 16:59
“Nar Home”-dan “Aylıq yox, günlük ödə!” təklifi - 20 Sentyabr 2017, 16:52
Türkiyədə polis helikopteri qəzaya uğrayıb: Bir ölü, bir yaralı - 20 Sentyabr 2017, 16:48
DYP-dən uşaqlarını məktəbə aparan valideynlərə - Xəbərdarlıq - 20 Sentyabr 2017, 16:43
Azərbaycanda yeni gənclər hərəkatı yaradıldı: "Cavan" - 20 Sentyabr 2017, 16:30
Çovdarov məhkəmədə son sözünü deyəcək - 20 Sentyabr 2017, 16:25
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - 20 Sentyabr 2017, 16:12
"Neymara kömək etməliyik" - Kavani - 20 Sentyabr 2017, 16:02
Prezidentin Lənkəran səfəri – Taleh Qaraşovla Müşviq Rəhimov ifşa oldu – Detallar - 20 Sentyabr 2017, 16:00
Mikayıl Cabbarova yeni vəzifə verildi - 20 Sentyabr 2017, 15:48
Dünya çempionunu öldürən Anardan yeni xəbər - 20 Sentyabr 2017, 15:40
Əli Kərimli yenə tək qaldı: "Mitinqə yalnız dost, tanışı gələcək" - 20 Sentyabr 2017, 15:13
Göygöldə əhali içməli suya həsrət qalıb: İcra Hakimiyyəti suyu satır - 20 Sentyabr 2017, 15:12
Şagirdini hamilə qoyan müəllim azadlığa buraxıldı - 20 Sentyabr 2017, 15:05
Faiq Ağayev Ədalət Şükürovu biabır etdi: "O özü üçün danışır" - 20 Sentyabr 2017, 15:03
Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu - FOTO - 20 Sentyabr 2017, 14:46
"Azərbaycan şou-biznesində 10 nəfər kişi yoxdur" - Manaf əsəbiləşdi - 20 Sentyabr 2017, 14:38
Ziya Məmmədovun bacısı niyə “yoxlanılır” - İlginc təfərrüat - 20 Sentyabr 2017, 14:30
QMİ-nin saytı fəaliyyətini dayandırdı - 20 Sentyabr 2017, 14:16
Bakı metrosunda "wi-fi" olacaq? - 20 Sentyabr 2017, 14:00
Lütfi Zadənin oğlu atasının dəfnində iştirak etməyəcək - 20 Sentyabr 2017, 13:51
İcra başçısı bu gün qız köçürür - Süleyman Mikayılov kimlə qohum oldu? - 20 Sentyabr 2017, 13:38
Nazim İbrahimovla bağlı qalmaqal - “Mənə 159 min borcu var” - 20 Sentyabr 2017, 13:26
“Şeyxin oğlu 2 rükət namazı güclə qılır” - Hacı Qalib - 20 Sentyabr 2017, 13:09
Nazirlik araşdırmaya başladı: Ziya Məmmədovun bacısı işdən çıxarıldı? - 20 Sentyabr 2017, 13:02
Azərbaycanda ana doğuşdan sonra müəmmalı şəkildə öldü: "Ağzından köpük gəlirdi, çırpınırdı" - 20 Sentyabr 2017, 12:41
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10